Hüseynqulu Sarabskinin şəxsi fondundakı folklor materialları nəşrə hazırlanıb

Hüseynqulu Sarabskinin şəxsi fondundakı folklor materialları nəşrə hazırlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəm qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova istedadlı rejissor və aktyor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin şəxsi fondundakı folklor örnəkləri və materiallarını nəşrə hazırlayıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Hüseynqulu Sarabskinin əlyazmalarının saxlanıldığı şəxsi fondunda “Azərbaycan xalq lətifələri”, “Saray xanım”, “Muğamat və xalq mahnıları haqqında məqalə”, “Müxtəlif el mahnıları”, “Türk bayatısı və atalar sözləri” adlı folklor materialları yer alıb.

Mənbə: azertag.az