Bərdədən Bakıya pirə gələn ruhi xəstə İTKİN DÜŞDÜ - FOTO

Bərdədən Bakıya pirə gələn ruhi xəstə İTKİN DÜŞDÜ - FOTO

Bərdədən Bakıya pirə gələn ruhi xəstə itkin düşüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Nəsibova Bahar Fərman qızı paytaxtın Nizami rayonu Koroğlu metrosunun yaxınlığından taksi ilə Pirallahı qəsəbəsində yerləşən ziyarətgaha gedib. Əynində qara ətək, uzunboğaz çəkmə, göy jilet və başında saçaqlı şal olub. Onu görənlərdən (050)376-41-66 nömrəsinə zəng vurub, məlumat vermələri xahiş olunur.

Famil Fərhadoğlu

Mənbə: www.unikal.org