Karate üzrə çempionat keçiriləcək

Karate üzrə çempionat keçiriləcək

22-24 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclər arasında 20-ci Respublika Birinciliyi, Böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək.

Metbuat.az xəbər verir ki, Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər, eləcə də para-karate üzrə çıxış edənlər idmançılar mübarizə aparacaq.

Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər.

22 noyabr saat 17:00-da yarışın açılış mərasimi keçiriləcək. 21 noyabr saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı təşkil ediləcək.

Mənbə: metbuat.az