Almaniyada tutulan azərbaycanlıları nə gözləyir?

Almaniyada tutulan azərbaycanlıları nə gözləyir?

Almaniyada mühacir alveri istintaqı çərçivəsində saxlanılan azərbaycanlılardan 2-si haqda iqtintaq mərhələsində 6 aylıq həbs qətimkan tədbiri seçilibsə, bu o deməkdir ki, onlar mütləq həbs ediləcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Almaniyada saxlanılan azərbaycanlı mühacirlərlə bağlı deyib. O bildirib ki, adətən Almaniya məhkəməsi istintaq müddətində həbs qətimkan tədbiri seçmir:

“Bu tədbirin seçilməsi onu göstərir ki, məhkəmənin əlində bu adamlarla bağlı çox ciddi, əsaslı və danılmaz faktlar var. Buna görə də həmin şəxslərin istintaqın yekununda həbs ediləcəyinə şübhə etmirəm”.

Fərhad Mehdiyev vurğulayıb ki, həmin şəxslər həbs müddətini başa vurduqdan sonra mütləq şəkildə Azərbaycana ekstradisiya ediləcək.

Qeyd edək ki, Almaniya hüquq-mühafizə orqanları saxta yollarla mühacir adı alanlara qarşı əməliyyat keçirib. Nəticədə bir neçə azərbaycanlı saxlanılıb, həmçinin saxta yolla mühacir statusu almaq istəyən 61 azərbaycanlı deport edilib.

Mənbə: axar.az