Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı böyük ölkə adlandırıb.
Axar.az xəbər verir ki, bunu Putin “Rusiya çağırır!” forumunda çıxışı zamanı deyib. O, Rusiya tərəfinin hər zaman ABŞ-a hörmət etdiyini və bundan sonra da edəcəyini bildirib.
Putin hər iki ölkənin iki dünya müharibəsində müttəfiq olduğunu xatırladıb:
“Bütün bunlar bizim ümumi tariximizdir. Moskva və Vaşinqtonun çox ümumi maraqları var”.
Mənbə: axar.az