Ruhani nüvə silahı ilə bağlı söz verdi

Ruhani nüvə silahı ilə bağlı söz verdi

Vaşinqtonun nüvə razılaşmasından çıxmasına və sanksiyaları bərpa etməsinə cavab olaraq İran 2018-ci ildən mərhələli şəkildə öz öhdəliklərini yerinə yetirməməyə başlayıb

 İran heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməyəcək. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

"Biz heç vaxt nüvə silahı əldə etməyə cəhd göstərməmişik... Nüvə razılaşmalı və razılaşmasız biz heç vaxt nüvə silahı hazırlamağa cəhd etməyəcəyik... Avropa dövlətləri razılaşmanın pozulması ilə bağlı yaranacaq nəticələrə görə məsuliyyət daşıyacaq", - deyən Ruhani Avropa dövlətlərini Vaşinqtonun 2015-ci ildə nüvə sazişindən çıxmaqla etdiyi səhvi təkrarlamamağa çağırıb.

Qeyd edək ki, Vaşinqtonun nüvə razılaşmasından çıxmasına və sanksiyaları bərpa etməsinə cavab olaraq İran 2018-ci ildən mərhələli şəkildə öz öhdəliklərini yerinə yetirməməyə başlayıb. Ruhani bildirib ki, İran razılaşmaya sadiqdir və əgər razılaşmanın digər üzvləri öz öhdəliklərini yerinə yetirsə, onda Tehran geri addım ata bilər.

Mənbə: sputnik.az