Özünə sistem qoşan tibb bacısı həyatını itirdi

Özünə sistem qoşan tibb bacısı həyatını itirdi

Xəstəxanada tibb bacısı işləyən və bir uşaq anası olan qadın evində ölü tapılıb. Belə ki, onun cansız bədənini evdə həyat yoldaşı aşkarlayıb.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, 30 yaşlı Müjgan adlı qadın öz damarına sistem vurub. Lakin bundan sonra o özündən gedib.

Hadisə Türkiyənin İzmir bölgəsində baş verib. Həyat yoldaşı Yusuf işdən gələrkən, Müjganı yerə yıxılmış halda aşkarlayıb.Əvvəlcə huşunu itirdiyini zənn etsə də, nəfəsinin olmadığını yoxlayıb.

Dərhal təcili yardıma xəbər verib, lakin bütün müdaxiləlkərə baxmayaraq onun həyatını xilas etmək mükün olmayıb. İlkin ehtimal qadını intihar səbəbiylə özünə sistem qoşmasıdır. Lakin həyat yoldaşı bu iddiaları qəbul etməyərək, həmin gün bir neçə saat əvvəl telefonla görüntülü danışdıqlarını və işdən sonra birlikdə istirahət üçün plan qurduqlarını bildirib.

Mənbə: big.az