12 yaşında 300 əməliyyat keçirdi-SƏBƏB

12 yaşında 300 əməliyyat keçirdi-SƏBƏB

Türkiyənin Bursa şəhərində 12 yaşlı yeniyetmə bilmədən təmizlik maddəsi içdiyinə görə 10 ildə 300 əməliyyat keçirməli olub.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da 300-cü əməliyyatını keçirən Kayra Karakaş Türkiyəyə geri qayıdır. Koronavirusa görə onun evdə və yaxud da xəstəxanada müalicəsinin davam etdirəcəyi hava limanında məlum olacaq.

Qeyd edək ki, Kayra Karakaş 3 yaşında təmizlik maddəsi içdiyinə görə mədəsi, qida borusu və yoğun bağırsağı ağır zədələnib.

Aysel Yusifqızı


Sonxeber.az

Mənbə: sonxeber.az