Türkiyənin İstanbul şəhərində 42 yaşlı qadının meyiti evində tapılıb.
Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir həftədir ki, qrip olan 42 yaşlı qadının meyiti yatağında tapılıb.
Qadının yaxınları polisə və təcili tibbi yardım xəbər veriblər.
Xüsusi geyimdə mənzilə daxil olan təcili tibbi yardımın həkimləri qadının koronavirusdan öldüyünü müəyyən ediblər.
Qadının həqiqətən də koronavirusdan ölüb-ölməməsi analizin nəticəsi çıxdıqdan sonra bəlli olacaq.
Qadınla bir yerdə yaşayan 4 yaxını karantinə alınıb.
Aysel Yusifqızı
Sonxeber.az
Mənbə: sonxeber.az