Nur-Sultan şəhərində terrorçu ələ keçirildi – İŞİD-in üzvü olub

Nur-Sultan şəhərində terrorçu ələ keçirildi – İŞİD-in üzvü olub

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları paytaxt Nur-Sultan şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən bir şəxsi saxlayıblar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı MTK-nın mətbuat xidməti yayıb.

Tutulan şəxsin evindən parlaq elementləri olan partlayıcı qurğu götürülüb.

İstintaqın məlumatına görə, o, dağıdıcı dini cərəyanın davamçısı olub və beynəlxalq terror təşkilatı İŞİD-in ideologiyasının təsiri altına düşüb.

Ona qarşı Qazaxıstan Cinayət Məcəlləsinin 24 və 255-ci (Terror aktına hazırlıq) maddələri ilə cinayət işi açılıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi terrorizmdə şübhəli bilinən şəxslərin tutulması barədə mütəmadi məlumat verir.

KONKRET.az

Mənbə: konkret.az