Hərbçilərin xaricə səyahəti qadağan edildi - ABŞ-dan kritik qərar

Hərbçilərin xaricə səyahəti qadağan edildi - ABŞ-dan kritik qərar

ABŞ Silahlı Qüvvələri hərbi və mülki personalının ailələri ilə birlikdə xaricə səfər və səyahətlərini koronavirus səbəbindən 60 gün təxirə salıb.

Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə naziri Mark Epser bu addımın Covid-19 epidemiyasının ABŞ ordusunda yayılmasına maneə olmaq məqsədilə atıldığını bəyan edib.

Qeyd edək ki, Pentaqondan verilən başqa bir açıqlamada ilk dəfə ABŞ Müdafiə Nazirliyinin binasında bir əsgərdə virus təsbit edildiyi vurğulanıb. Əlavə edilib ki, hazırda həmin əsgər evində karantin müddətini keçirir. Dəniz piyadaçısı olan əsgərin sonuncu dəfə martın 13-də Pentaqonda olduğu qeyd edilib.

Mənbə: teleqraf.com