Hindistanda küçəyə çıxanları çubuqla döyürlər

Hindistanda küçəyə çıxanları çubuqla döyürlər

Əhalisinin sayı 1,4 milyarda yaxınlaşan Hindistan virusa görə xüsusi karantin rejimi elan olunan ölkələr siyahısına qoşulub. Polis qaydaları pozanlara qarşı sərt davranır.

Bizimyol.info xəbər verir ki, Hindistanda asayiş keşikçiləri küçədə qarşısına çıxanı plastik çubuqla döyür. “Facebook”, “Twitter” sosial şəbəkələrində bununla bağlı xeyli videoya rast gəlmək mümkündür. Polislər hətta motosikletlə, velosipedlə küçəyə çıxanları da saxlayaraq döyür.

Hindistanda koronavirus infeksiyasına yoluxma halları sürətlə artır. Hələlik 716 pandemiya daşıyıcısı aşkarlanıb. Bu gün 2 nəfər bu üzdən həyatını itirib. Ölənlərin ümumi sayı 14-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, bütün dünyada virusa yoluxanların ümumi sayı 491 mini keçib. Cəmi 22 min 165 nəfərin öldüyü bildirilir.

Mənbə: www.bizimyol.info