Altı mindən çox məhbus həbsxanadan azad edildi - Koronavirus təhlükəsi...

Altı mindən çox məhbus həbsxanadan azad edildi  - Koronavirus təhlükəsi...

Moderator. “Frans-press”-ə istinadən xəbər verir ki, Fransa həbsxanalarında məhbusların sayı azalıb.

Martın 16-dan aprelin 1-dək koronavirus epidemiyası səbəbindən 6266 nəfər sərbəst buraxılıb. Bu barədə Fransa Ədliyyə Nazirliyindəki mənbələr məlumat verib.

Aprelin 1-nə olan vəziyyətə görə, Fransanın 188 həbsxanasında 66309 məhbus var. Martın 16-da bunların sayı 72.575 idi. Bu göstəricinin azalması birincisi, Ədliyyə Nazirliyinin başladığı vaxtından əvvəl azad edilməsi kampaniyası ilə, ikincisi, epidemiya səbəbiylə əlaqədardır.

Bu tədbir "fövqəladə vəziyyət" qanununa əsasən aparılır.

Mənbə: moderator.az