İnsanın bilmədən koronavirus keçirdiyinə dair 5 əlamət

İnsanın bilmədən koronavirus keçirdiyinə dair 5 əlamət

Artıq xeyli vaxtdır ki, bu virus bütün dünyanı həyəcanlandırır və mutəxəssislərin fikrincə biz özünü təcriddə oturarkən bədənimizin virusla tanış olduğunu göstərən əlamətlərə diqqət yetirməliyik.

Ens.az saytı bildirir ki, Böyük Britaniyada fəaliyyət göstərən bir universitetin alimləri xəstələr üzərində araşdırmalar aparıblar və belə bir nəticəyə gəliblər ki, koronavirus dünyada ondan xəbər tutulan vaxtdan daha əvvəl yayılmağa başlayıb. Buna görə də, COVID-19-a yoluxan insanlar rəsmi olaraq bilinənlərdən daha çoxdur.

Aparılan tətqiqatlar nəticəsində koronavirusa yoluxmanı göstərən 5 aşkar əlamət müəyyən edilib:

Birinci əlamət

- qoxu itkisi. Bu virus ilk olaraq burundakı bəzi hüceyrələrdə olan zülalları zədələyir və infeksiyanın orqanizmə daxil olduğu ortaya çıxır. Buna görə, təkcə bu simptom rast gəlinən şəxs koronavirusun əsas daşıyıcılarından biridir. Yoluxduğunu bilmir və başqalarına da yoluxdurur.

İkinci əlamət

- qarında ağrı, bu ağciyərin aşağı paylarında pnevmoniyanın inkişafının göstəricisi olmaqla yanaşı, fərqli bir xəstəliyə də aid ola bilər.

Üçüncü əlamət

- pandemiyanın başladığı Uhan şəhərində 204 xəstədə müşahidə olunan ishal. Bundan əlavə, qeydə alınan halların demək olar ki, yarısında bu simptomun diaqnozu qoyuldu.

Dördüncü əlamət

yüngül follikulyar konyuktivit: gözlərdə qansızma, yanma, çirk yığılması və qaşınma.

Beşincisi

- son əlamət - yorğunluq: - əgər belə vəziyyət insana tanış deyilsə bu da bir əlamətdir.

Mənbə: www.ens.az