Zaqatalada koronavirusla mübarizə - Peşə məktəbində qoruyucu maska tikilir

Zaqatalada koronavirusla mübarizə - Peşə məktəbində qoruyucu maska tikilir

Zaqatalada koronavirus pandemiyası ilə əlaqədar tibbi maska çatışmazlığını aradan qaldlrmaq üçün maraqlı addım atılıb. Rayondakı Peşə məktəbində tibbi maskaların tikilməsinə başlanılıb. Məktəbin dərzi ixtisasını tədris edən müəllimlərin iştirakı ilə gün ərzində 1500-ə dək maska tikilərək, mobil qruplar tərəfindən rayonda yaşayan aztəminatlı ailələrə və eləcədə maska ala bilmədikləri üçün küçədə maskasız gəzən sakinlərə paylanıb.

Maraqlı təşəbbüs vətəndaşlar tərəfindən minnətdarlıqla qarşılanıb.

atv.az

Mənbə: www.atv.az