Honkonqda 130 polis işçisi karantinə cəlb olunub

Honkonqda 130 polis işçisi karantinə cəlb olunub

Pekin, 4 aprel, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati bölgəsində çevik polis dəstəsinin 130 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantinə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, inzibati bölgənin Qərbi Koulun rayonunun polis idarəsi həmin bölmədən olan 2 polisin “COVID-19”a yoluxması təsdiqlənəndən sonra belə bir qərarın qəbul olunduğunu açıqlayıb. Bundan başqa, naryaddan uzaqlaşdırılan həmin çevik polis bölməsinin bütün əməkdaşlarının “COVID-19” testindən keçməsi əmr olunub.

Qeyd edək ki, son məlumata əsasən, Honkonqda koronavirusa yoluxanların sayı 862 nəfərə çatıb. Ölənlərin sayı isə 4-dür.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az