“Bu bəla 2021-ci ilin fevralında tam bitəcək,ondan sonra dünyanı ...” - Epigenetik koronavirusun missiyasını AÇIQLADI

“Bu bəla 2021-ci ilin fevralında tam bitəcək,ondan sonra dünyanı ...” -  Epigenetik koronavirusun missiyasını AÇIQLADI

Nəyə görə koronavirus pandemiyası məhz indi, məhz 2020-ci ildə yarandı? Niyə indi yayıldı? Bu bəla dünyaya və insanlığa nəyi çatdırmaq istəyir? Nə vaxt bitəcək? Virus kimləri qurban seçir?

Milli.Az medicina.az-a istinadən bu suallara bir zamanlar hərbi həkim olmuş, epigenetik və esktrasens Aleksand Litvinin fikirlərini təqdim edir.
"Mən 2018-ci ildə açıqlamalarımfda 2020-ci ilin 5 fevralından dünyanı saracaq yeni təhlükə barədə məlumatlar vermişdim. Düzdür, heç kim bunun məhz koronavirus olduğunu bilməzdi. Amma yer üzü və insanlıq köhnə epoxadan ayrılır, yeni bir "Böyük başlanğıc" epoxasına qədəm qoyacaq.
Cəmiyyət böyük ağrılarla, acılarla, itkilərlə bu mərhələni "doğmalıdır".

İnsanların immuniteti, genetikası dəyişəcək.
Dünya tarixində belə hallar bir neçə dəfə olub. Orta əsrlərdə də çox baş verib.

Kİmlər təhlükə altındadır?

Daha çox reproduktiv fəaliyyəti, yəni çoxalmaq. Insan dünyaya gətirnək qabiliyyəti az olanları seçir. Kimin anamnezində autoimmun xəstəliklər, xroniki iltihabi xəstəlik, şəkər və genetik ağır dəyişiklikləri olanlar yoluxur. 1930-1942, 1950-55 -ci illərdə doğulanlar çox ehtiyatlı olsun. Hər insanda yoluxma və xəstəliyin gedişi müxtəlif olacaq. Yeganə yol güclü özünü təcriddir.

Bu virus bizim beynimizdə bir əməliyyatdır. Kim davamlı olacaqsa, kim əməliyyatdan sağ çıxacaqsa o da yeni epoxanı görəcək.

Nə vaxt bitəcək?

Epidemiya fevralın 5də başladığı kimi bir il sonra 2021-ci ilin 5 fevralında bütün proses xırdalıqlarına kimi bitəcək və koronavirus tarixə qovuşacaq. Ən kəskin faza senytabr -oktyabrda olacaq.

Nə etməli?

Təmizlənin, yatın, istrahət edin, övladlarınıza, böyüklərinizə sevgi və diqqətinizi göstərin. Çox yeməyin, amma ət mütləq yeyin.

Milli.Az

Mənbə: news.milli.az