Dieqo Maradona klub prezidentindən maaşların kəsilməsini tələb edib

Dieqo Maradona klub prezidentindən maaşların kəsilməsini tələb edib

Argentinalı futbol əfsanəsi Dieqo Maradona maraqlı tələblə çıxış edib.

Apasport.az saytının məlumatına görə, ölkəsində "Ximnasiya" klubunu çalışdıran mütəxəssis maaşların kəsilməsini istəyib.

Bunu klub prezidenti Qabriel Pelleqrino deyib. O, bildirib ki, koronavirus pandemiyasının yaratdığı maliyyə probleminə görə Maradona ilə fikir mübadiləsi aparıblar: "Maradona ilə bu barədə məsləhətləşirdik. O, maaşların kəsilməsini tələb etdi. Dieqonun müqavilə müddəti avqusta qədərdir. Lakin buna əhəmiyyət vermirik, onunla yolumuza davam edəcəyik".

Qeyd edək ki, Argentinada futbol yarışları martın 17-dən dayandırılıb.

Mənbə: apa.az