Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama

Hansı qohumların dəfnində iştiraka icazə verilir?  - DİN-dən açıqlama

Sabahdan etibarən ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşların SMS-lə icazə alıb yaşayış yerini tərk etmələri ilə bağlı məsələlərdən biri də yaxın qohumunun dəfnində iştirakla bağlıdır.

Bəs, dəfnində iştiraka verilən yaxın qohumlar hansılardır?

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19-cu maddəsinə əsasən, yaxın qohumlar anlayışına nənələr, babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilib.

 

Mənbə: qafqazinfo.az