Yeni böcək yayılıb, fındıq bazarını - ÇÖKDÜRƏ BİLƏR

Yeni böcək yayılıb, fındıq bazarını - ÇÖKDÜRƏ BİLƏR

Fındıqda böcəklərin yayılması dünya fındıq bazarına təsir göstərə bilər.

Fındıq ixracatında dünya lideri Türkiyə coronavirusun təsirləri ilə yanaşı, bir böcək növünün fındıq bağçalarını zəbt etməsi səbəbiylə də çətin günlər keçirə bilər. Alimlər “süne” adındakı bir böcək növünün dünyanın fındıq anbarı olan Türkiyədəki fındıq stokunu təhlükə altına alabiləcəyini bildirir.

FED.az xarici mediaya istinadən xəbər verir ki, “süne” böcəyi karqo qutularında cənub-şərqi Asiyadan digər ölkələrə yayılır və isti havada asanlıqla yaşayıb çoxalır.

“Süne” böcəyinin ilk dəfə Gürcüstanda təsirini göstərdiyini və daha sonra Qara dəniz bölgəsində olan Türkiyənin 8 ilinə yayıldığı deyilir.

Türk professor Cəlal Tunceri bildirib ki, əgər yayılmanın qarşısı alınmazsa, Türkiyədəki fındıqların 30 faizi zərər görə bilər. Bu da ortalama dünyanın qoz tədarükünün təxminən beşdə biri edir.

Dünyanın fındıq istehsalının təxminən 69 faizi Türkiyədə edildiyi üçün bir çox şirkət və elm insanı “süne” hücumuna qarşı sürətli bir şəkildə tədbir alınmasını tələb edir.

Yanvar ayında keçirilən bir konfransda, böcək işğalının kontrol altına alınması üçün samuray arılarının “süne” yumurtalarını məhv etmək üçün istifadə edilə biləcəyi vurğulanıb. Lakin bu üsulun tətbiq olunması üçün Türkiyənin kifayət qədər zamanı olmaya bilər. Çünki bu tənzimləmə uzun bir araşdırma müddəti tələb edə bilər.

Qara dəniz Fındıq və Məhsul İxracatçılar Birliyinin prezidenti İlyas Edip Sevinç, “süne” işğalının hələ də davam etdiyinə diqqət çəkərək, samuray arılar üzərində uzun bir araşdırma aparmağın "əsassız" olacağını deyib. Professor Tuncer isə Türkiyənin başqa ölkələrdə aparılan araşdırmaları araşdıraraq prosesin sürətləndirilməsini tövsiyə edib.

Məlumata görə, qarşıdakı aylarda hava əhəmiyyətli bir rol oynayacaq. 2019-cu ildə “süne”lər soyuq hava səbəbindən qış yuxusundan gec oyanıb və bu müddətdə fındıqlar qoruyucu qabıqlarını inkişaf etdirə bilib. Hava istiliyinin orta səviyyədən yüksək olacağını proqnozlaşdıran meteoroloqların fikrincə, fındıqlar bu il o qədər də şanslı olmaya bilər.

Mənbə: fed.az