Ermənistan MN-in 9 səlahiyyətli şəxsi müttəhimlər kürsüsündə: Onlar nə ediblər?

Ermənistan MN-in 9 səlahiyyətli şəxsi müttəhimlər kürsüsündə: Onlar nə ediblər?

Ermənistan Müdafiə Nazirliyinin 9 əməkdaşı - Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kommunal istismar xidmətinin rəisi, komandirin arxa və kommunal istismar xidmətinin rəisi, kommunal istismar xidməti anbarının rəisi, , hərbi hissənin maliyyə xidmətinin rəisi, hərbi hissənin komandiri, komandirin müavini, hərbi hissənin bölmə rəisi –qərargah rəisinin müavini müttəhimlər kürsüsündədirlər. Onlar hansı cinayəti törədib?

Erməni mətbuatının yazdığına görə, Hraç Hanoyan 2017-ci ildən 18 dekabr 2018-ci ilədək Ermənistan MN-in hərbi hissəsinin kommunal istismar xidmətinin rəisi olaraq, 2018-ci ilin fevral-mart aylarında “Sinxron” MMC-dən təmirdən sonra hərbi hissənin qazanxanasında iki ədəd 3K-C nasosunu və 3 ədəd 15 kilovattlıq elektrik mühərriki alıb. Bunları hərbi hissəyə gətirib, hərbi hissədəki qazanxanaya quraşdırmağa məcbur olduğu halda vəzifə səlahiyyətində sui-istifadə edərək, 708480 dram dəyərində olan 2 ədəd nasosu və 3 ədəd elektrik mühərrikini mənimsəyib.

Karen Sarkisyan isə 2018-ci ildən 9 avqust 2019-cu ilədək eyni hərbi hissə komandirinin arxa və kommunal xidmətinin rəhbəri olmaqda, istintaq materiallarına görə qrup halında öz maraqlarına uyğun olaraq, Hraç Hanoyan və Aram Qazaryanın tikinti materialları almaq üçün götürdüyü etibarnamə ilə əməliyyatların aparılması barədə Hraç Hanoyan tərəfindən təqdim edilmiş 45 nömrəli saxta çıxış fakturasını öz imzası ilə təsdiqləməkdə günahlandırılır.

Qaqik Qulinyan eyni hərbi hissənin kommunal xidmət anbarının rəisi olmaqla müvafiq sənədləri olmadan hərbi çarpayıların metal guşələrinin hərbi hissənin anbarından çıxarılmasına icazə verməkdə günahlandırılır.

Artur Qişyan 1-ci hərbi hissənin maliyyə xidmətinin rəhbəri olmaqla, saxta giriş orderi sənədləri hazırlamaqda və saxta giriş orderlərini imzası ilə təsdiqləməkdə ittiham olunur.

Sarqis Taraxçyan hərbi hissənin komandiri olmaqla, hərbçilər tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlər barədə yuxarı komandanlığa məlumat verməkməklə fəaliyyətsizlikdə və hüquq-mühafizə orqanlarına məlumat verməməkdə ittiham olunur.

Norayr Xoyluntsi eyni hərbi hissənin komandir müavini olmaqla və xidmətində səhlənkarlığa yol verərək, köhnə tarixlə tərtib edilmiş 40 nömrəli giriş orderini yoxlamadan təsdiq etməkdə ittiham olunur.

Ara Ananyan hərbi hissənin bölmə rəisi - qərargah rəisinin müavini vəzifəsində xidmətində yol verdiyi səhlənkarlıqda ittiham olunur.

Seyran Martirosyan hərbi hissənin kommunal xidmətinin rəisi Hraç Hanoyana öz vəzifəsindən sui-istifadə etməklə cəmi dəyəri 785,664 dram olan taxtaları mənimsəməsinə kömək etməkdə ittiham olunur.

Məlum olur ki, hərbi hissədə erməni komandirlərin rəhbərliyi altında müxtəlif əməliyyatlar həyata keçirən “dəstə” mövcud olub, lakin ən diqqətçəkən məqam hərbi hissənin komandiri Sarqis Taraxçyanın hərbi hissənin komandiri olmaqla hərbçilər tərəfindən törədilən və ya onların iştirakı ilə baş verən cinayətlər barədə məlumat vermək məcburiyyətində olsada, fəaliyyətsizlik nümayiş etdirməsidir, bu barədə o, hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Bu kimi təzahürlər yeni bir cinayətin baş verməsinə səbəb olur. Cinayət işi üzrə yalnız Hraç Hanoyan həbs olunub, digərləri barəsində isə yaşayış yerini tərk etməmə barədə qətimkan tədbiri görülüb.
 

 

Mənbə: ordu.az