Üzr istədilər, məvacibi özləri ödəyəcəklər

Üzr istədilər, məvacibi özləri ödəyəcəklər

"Liverpul”məzuniyyətə göndərdiyi əməkdaşlarının məvacibini özü ödəyəcək. Kaspi.azxəbər verir ki, İngiltərə qanunlarına görə, koronavirusa görə işsiz qalan vətəndaşlarınməvacibinin 80 faizini dövlət ödəyir. "Liverpul” rəhbərliyi də bundanyararlanaraq martın 4-də əməkdaşlarını qeyri-müəyyən müddətə məzuniyyətə göndərmişdi. Amma klubunbu addımı fanatlar tərəfindən böyük etirazla qarşılanmışdı. Onlar "Liverpul” rəhbərliyinivergi ödəyicilərinin vəsaitindən yararlanmaqda ittiham etmişdilər. Klubunsabiq futbolçuları da bildirmişdilər ki, böyük gəlirləri olan "Liverpul”un buaddımı qeyri-etikdir. Bu tənqidlərdən sonra klub rəhbərliyi bəyanat yayaraq üzristəməli olub. Bəyantda bildirilir ki, məzuniyyətə göndərilən əməkdaşların məvacibitam olaraq klub tərəfindən ödəniləcək: "Bizhesab edirik ki, ötən həftə düzgün qərar verməmişik. Buna görə hər kəsdən üzristəyirik”. İngiltərəçempionatı koronavirusa görə dayandırılıb. "Liverpul”un çempion olması üçün 2qarşılaşmada qələbəyə ehtiyacı var. Komanda 1990-cı ildən bəri çempion olabilmir.

Mənbə: kaspi.az