Şimali Kiprdə koronavirusdan ölənlərin sayı artdı

Şimali Kiprdə koronavirusdan ölənlərin sayı artdı

Şimali Kipr Türk Respublikasında (ŞKTR) daha 1 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölən 78 yaşlı şəxsin ürək xəstəliyi də olub. Bu, koronavirusdan ölən ilk ŞKTR vətəndaşıdır.

Beləliklə, Şimali Kiprdə koronavirusdan ölənlərin sayı 3-ə çatıb. Daha öncə virusun qurbanı olan 2 nəfər isə Almaniya vətəndaşları olublar.

Bildirilir ki, hazırda ölkə ərazisində 90 aktiv koronavirus daşıyıcısı həkimlərin müşahidəsi altındadır

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 349 000-i ötüb. Bunların 286 655 nəfəri sağalıb, 74 806 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə: report.az