Koronavirusa yoluxmamaq mümkündür...

Koronavirusa yoluxmamaq mümkündür...

Hazırda koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan Nyu York Mərkəzi klinikasının həkimi Deyv Prays əhaliyə videomüraciət ünvanlayıb. O, öz gördükləri və təcrübəsinə əsasən virusa yoluxmağı 99 faiz önləyən tədbirləri açıqlayıb. Həkim xəstəxanada gündə 5--7 xəstəni süni tənəffüs aparatına qoşduğunu bildirib.

“Hər gün biz virusu daha yaxşı tanıyırıq, özünü necə apardığını öyrənirik. Koronavirusun unikallığı ondadır ki, o insan orqanizmi ilə heç tanış deyil. 80 % xəstələri əsas 3 simptom birləşdirir: yüksək hərarət, quru öskürək, bədəndə ağrılar. Bunlar hər xəstədə müxtəlif intensivlikdə keçir. Xəstəlik özü 3--5--6 və ya 14--15, bəzən daha çox gün çəkə bilir. Xəstələrimizin çoxu yoluxmuş, xəstə insanlar, yəni inkubasiya dövründə olan canlı insanla fiziki, yaxud birbaşa təmasdan yoluxub.

Praktiki olaraq bütün yoluxmalar insanın əlini virus olan səthə vurub, sonra ağzına, gözünə, burnuna aparması ilə baş verib. Xəstə insanla 30 dəqiqə çox yaxın məsafədə olmaq kifayətdir ki, sağlam adam yoluxsun. Amma yenə də virus hava ilə çox yox, məhz əllərdən ağız, buruna keçir. İndi biz həkimlər də bu xüsusiyyəti əsas tutaraq qorunmağa çalışırıq.

Biz virusun orqanizmə necə düşdüyünü hər gün yadımıza salsaq, o zənciri təsəvvür etsək, o zaman 99 faiz qoruna bilərik. Məsələn, mən və kolleqalarım artıq əminik ki, biz gündə 100 xəstəyə baxsaq da yoluxma şansımız azdır. Hər saniyə əllərinizin harda olduğuna fikir verin: Yanınızda sanitayzer və ya başqa kiçik əşya saxlayın. Qapını onunla açın,liftin düyməsini onunla basın. Əgər başqa adamların toxunduğu bir əşyaya, səthə toxundunuzsa, dərhal əlinizi yuyun və dezinfeksiya edin. Əllərinizi baş, üz hissəyə yaxın gətirməyin. Buna ciddi nəzarət edin, beyninizə bu əmri yazın. 1 həftə əməl etsəniz sonra asan olacaq. Mütləq maska, eynək taxın və onlara da toxunmayın. Maska sizi havada olan virusdan qorumur, çünki hava ilə yoluxma yoxdur. Amma o sizi əlinizi üzünüzə vurmamağa alışdıracaq. Evdə də maska taxın, hər yerdə. Ya da üzünüzə kiçik yaylıq bağlayın. Əlləri, üzü təmiz saxlasanız və üzünüzə barmağınızın ucu belə toxunmasa, siz yoluxmadan 90 faiz yan qaça biləcəksiz.

Klnikada biz respiraoru hər dəqiqə taxmırıq. Ancaq xəstə ilə otaqda prosedur edəndə, tənəffüs yolunu təmizləyəndə, tənəffüs aparatına qoşanda. Qalan vaxtlarda adi tibbi maska yetərlidir. Honkonq və Sinqapurda həkim və tibb işçilərinin bu 2 qaydaya əməl etməsi və onların xəstəxana daxilində adi tibbi maska taxması nəticəsində, hələ bir nəfər də olsun tibbi personalın içində yoluxan yoxdur. Əgər həkim və tibb bacısı xəstədən yoluxubsa, deməli, o hansısa məqamda əlinin dezinfeksiyasını unudub və üzünə, ağzına aparıb. Nyu-York xəstəxanalarında indi koronavirus olduğu üzə çıxan tibb işçiləri hələ 20 gün əvvəl koronavirus olduğu məlum olmayan xəstələri qəbul edərkən yoluxmuşlardır, onlar lazımi qədər tibbi vasitə ilə təchiz olunmamışdılar. Əgər bu qaydalara əməl etsəniz, küçədə, marketdə qarşısınızdakı insandan ən azı 1 metr aralı dayansanız, insanlardan və küçəyə çıxmaqdan qorxu hissi azalacaq. Ətraf aləmdən qorxmayın, qonşunuzdan qorxmayın. Buna gərək yoxdur. Heç kim sizin düşməniniz deyil.

Xəstələnsəniz, nə etməli? Hərarətiniz olan kimi, özünüzü ailə üzvlərindən təcrid edin. Bütün ailə üzvləri yuxarıdakı 4 qaydaya əməl etməli və əllərini tez-tez yuyub, qabları ayırmalı, sizdən ayrı yatmalı və maska taxmalıdırlar. Əgər yaşlı ailə üzvü varsa, onu ayrı yerə göndərin. Xəstəxanaya isə tənəffüsdə ağır çətinlik yaransa getmək lazımdır”.

Hazırladı:
Z.BƏŞİRQIZI,
”Xalq qəzeti”

Mənbə: xalqqazeti.com