İyulun 5-də olacaq – Qərar verildi

İyulun 5-də olacaq –     Qərar verildi

Koronavirus (COVID-19) epidemiyası ilə bağlı karantin dövründə Bakı Slavyan Universitetinin yaz imtahan sessiyasında qəbul edilmiş yeni qaydaları açıqlanıb.

BSU-nun Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsindən Pravda.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin 20.05.2020-ci il 01-11-522/15 saylı məktubuna əsasən BSU-nun Elmi Şurasının 2020-ci il may ayının 22-də onlayn iclası keçirilib.

Həmin iclasda BSU-da 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müddəti, təşkili, keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və digər vacib məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Respublika Təhsil Nazirliyinin irəli sürdüyü istiqamətlərlə bağlı BSU tərəfindən hazırlanmış təkliflər Təhsil Nazirliyinə təqdim edilib. Bu təkliflər Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək, həyata keçiriləcəkdir. Həmin təkliflər aşağıdakılardan ibarətdir:

1. Bakalavriat səviyyəsində buraxılış tədris ili tələbələri:

1.1. Həm dövlət imtahanı verən, həm də buraxılış işi yazan buraxılış tədris ili tələbələri Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsas götürülməklə yekun attestasiyadan keçmiş hesab edilsinlər;

1.2.ÜOMG əsasında aparılmış qiymətləndirmədən narazı qalan tələbələrə ənənəvi qaydada 1 iyul 2020-ci il tarixinədək imtahan vermələri üçün şərait yaradılsın;

1.3. 1-ci bəndə uyğun olaraq, buraxılış tədris ili tələbələri ÜOMG əsasında təcrübə üzrə qiymətləndirmədən keçirilsinlər;

1.4. 1-2 akademik borcu olan buraxılş tədris ili tələbələrinin akademik borcları ləğv edilsin;

2. Magistratura səviyyəsində magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər aşağıdakı qaydada müəyyən olunsun:

2.1. Magistr dissertasiyası mövzusunu, tədqiqat obyekti və predmetini əks etdirən mətn müəyyən olunmuş normativlərə uyğun təqdim edilsin;

2.2. elmi rəhbərin rəyi əsasında magistr dissertasiyasının kafedrada onlayn müzakirəsi və dissertasiya mətninin plagiat proqramından keçirilməsi şərtilə ilkin qiymətləndirilmə aparılsın;

2.3. Magistr dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuralarda onlayn formada keçirilsin;

3. Yaz imtahan sessiyasının təşkili, I-III tədris ili tələbələrinin cari və aralıq qiymətləndirilməsinin aparılması ilə bağlı aşağıdakı təkliflər əsas götürülsün:

3.1.distant təhsilə tam və qismən qoşulan I-III tədris ili tələbələrinin cari və aralıq qiymətləndirilməsinin aparılması üçün:

3.2. tələbələrin biliyinin cari qiymətləndirilməsinin onların 17 fevral-3 mart 2020-ci il tarixlərində dərsə davamiyyəti və karantin müddətində onlayn dərslərdə iştirakı nəzərə alınsın;

3.4. cari qiymətləndirmə üçün ÜOMG 51-70 bal aralığında olan tələbələrə 17, 71-80 bal aralığında olan tələbələrə 20, 81-90 bal aralığında olan tələbələrə 25, 91-100 bal aralığında tələbələrə isə 30 bal verilməsi;

3.5. distant təhsilə tam şəkildə qoşulan tələbələr aralıq qiymətləndirmədən (imtahanlardan) azad olunsun və onların imtahan balları cari qiymətləndirilmə ballarına bərabər tutulsun;

3.6. ÜOMG əsasında cari və aralıq qiymətləndirmədən azad olunan tələbələr imtahan ballarından narazı olduqları halda, onların apelyasiya komissiyasına ənənəvi formada müraciət etmələrinə şərait yaradılsın.

4. Distant təhsilə tamamilə qoşulmayan, eləcə də pandemiya səbəbindən yaz imtahan sessiyasında iştirak etmək məqsədilə qeydiyyatdan keçə bilməyən tələbələr üçün:

4.1. İmtahanlara fakültə və şöbələr tərəfindən onlayn qeydiyyat iyunun 10-dək aparılsın və imtahan cədvəlləri təsdiq olunsun;

4.2. İmtahan sessiyası 15 iyun-5 iyul 2020-ci il tarixlərində təşkil edilsin;

4.3. Bu qrup tələbələrin imtahanaqədərki fəaliyyətinin qiymətləndirilməsi 3.4. bəndə uyğun aparılsın;

4.4.Distant təhsilə qoşulmayan, imtahan sessiyasında iştirak üçün qeydiyyatdan keçən və akademik borcu (borcları) yaranan tələbələrə bu borcları ləğv etmək məqsədilə yeni tədris ilinin başlanğıcınadək imkan yaradılsın;

4.5. 5 iyul 2020-ci il tarixinədək müraciətlər edildiyi halda avqust ayında ödənişsiz icmal mühazirələri və məsləhət saatları təşkil edilsin;

5. İmtahan sessiyası üçün ikinövbəli iş qrafiki, 2 akademik saatlıq imtahan müddəti müəyyən edilsin;

6. Fənn sillabusları əsasında tərtib olunan və bütün tədris proqramını əhatə edən imtahan suallarının sayı 30 %-dən az olmayaraq azaldılsın və sadələşdirilsin;

7. İmtahan sessiyasının keçirilməsi üçün koordinatorlar qrupu və apelyasiya komissiyası yaradılsın, imtahan cavablarının yoxlanılması, texniki işlərin icrası, icmal mühazirələrin və məsləhət saatlarının aparılmasına professor-müəllim heyətinin 30% həcmində, yaşı 65-dən çox olmayan əməkdaşları sırasından cəlb edilsin;

8. İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərə riayət olunsun, tədbirlər görülsün.

Mənbə: pravda.az