Türkiyə Liviyaya görə yenə ittiham olundu

Türkiyə Liviyaya görə yenə ittiham olundu

Eastnews.org-un verdiyi xəbərə görə, Liviyada hökümətə qarşı üsyan başladan Xəlifə Haftər həm də Türkiyə ilə mübarizə aparmağa çalışır.

Xəlifə Haftərin hərbi qüvvələrinin mətbuat katibi Əhməd əl-Mismari Türkiyə hökumətinin silah embarqosu olmasına baxmayaraq qaydaları pozduğunu iddia edib.

O, vurğulayıb ki, Türkiyə Liviyaya qanunsuz olaraq silahlar göndərir və bu beynəlxalq qanunlara ziddir.

"Türkiyə Liviyaya terrorçuları yerləşdirərək ölkəmizi Suriyanın halına salmağa çalışır. Bu çox təhlükəli haldır", - deyə Əhməd əl-Mismari diqqətə çatdırıb.

Mənbə: eastnews.org