Sona Əliyeva: "Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpaqlarıdır"

Sona Əliyeva: "Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpaqlarıdır"

"Dağlıq Qarabağ ərazisi işğal altında olan Azərbaycan ərazisidir, ona görə də orada elan olunan hər hansı təşəbbüs qeyri-legitimir".

Bu barədə Buta.ws-ə millət vəkili Sona Əliyeva Şuşada baş verən hadisələrə öz münasibətini bildirərkən deyib.

"Dağlıq Qarabağ ərazisi işğal altında olan Azərbaycan ərazisidir, ona görə də orada elan olunan hər hansı təşəbbüs qeyri-legitimir. Beynəlxalq hüquqa zidd olan təşəbbüs olmaqla yanaşı, onu da qeyd elemek lazımdır ki, Dağlıq Qarabağda keçirilən "seçki" və "referendum"lar heç vaxt dunya ictimaiyyəti tərəfindən tanınmayıb. Bu ərazi Azərbaycanın əbədi və əzəli torpaqlarıdır". - deyə Sona xanım vurğulayıb.

Mənbə: buta.ws