Türkiyədə koronovirusa yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub

Ankara, 23 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxan vətəndaşlarımızla intensiv əlaqə saxlanılır.

Azərbaycanın Ankaradakı Səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək Türkiyədə 28 vətəndaşımız infeksiyaya yoluxub. Bu günədək həmin xəstələrdən beşi vəfat edib. İnfeksiyaya yoluxan vətəndaşlarımızın əksəriyyətinin müalicəsi uğurlu olub. COVID-19 ilə bağlı səfirliyə vətəndaşlarımız barədə daxil olan bütün məlumatlar qeydə alınır. Lakin bütün yoluxan vətəndaşlarımız bu barədə Səfirliyə məlumat vermirlər və Türkiyənin rəsmi qurumlarında da bu məsələyə dair xarici vətəndaşlar haqqında xüsusi bölgülü məlumat yoxdur.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada son sutkada 9434 nəfər COVİD-19-a yoluxub

SONRAKI XƏBƏR

Xorvatiyalı məşqçi: "Azərbaycan güclü futbol ölkəsidir"