Erməni generalın sağlamlıq vəziyyəti getdikcə pisləşir

“Yerkrapah” hərbi təşkilatının keçmiş sədri, Ermənistan parlamentinin keçmiş deputatı Manvel Qriqoryanın sağlamlıq vəziyyəti getdikcə daha da pisləşir. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qriqoryanın vəkillərindən biri olan Arsen Mkrtçyan bildirib.

Mkrtçyan qeyd edib ki, Qriqoryanın əzab çəkməsi ilə bağlı Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) məktub göndəriblər.

“Bu əzab çəkmənin dayandırılması üçün xahiş edirik, çünki Qriqoryana müalicə alması üçün Fransaya getməyə icazə vermirlər. Artıq indi müntəzəm uçuşlar var. Bu məsələ artıq onun həyatı ilə bağlıdır”, - deyə vəkil bildirib.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Xorvatiyalı məşqçi: "Azərbaycan güclü futbol ölkəsidir"

SONRAKI XƏBƏR

Putinə güclü təzyiqlər var: Dövlət çevrilişi baş verə bilər - Sensasion iddia