Rusiyalı politoloq: “Azərbaycan-Ermənistan təmas xəttində yaranmış gərginlik 2016-cı il hadisələrini xatırladır və onların birbaşa davamıdır”

Rusiyalı politoloq: “Azərbaycan-Ermənistan təmas xəttində yaranmış gərginlik 2016-cı il hadisələrini xatırladır və onların birbaşa davamıdır”

“Hazırda Azərbaycan-Ermənistan təmas xəttində yaranmış gərginlik 2016-cı il hadisələrini xatırladır və onların birbaşa davamıdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O bildirib ki, hazırda Azərbaycan-Ermənistan təmas xəttində yaranmış gərginlik 2016-cı il hadisələrini xatırladır və onların birbaşa davamıdır.

“Problem bir tərəfdən odur ki, dörd il sonra Azərbaycan “müharibədən sonrakı” danışıqların nəticələrini görmədi, digər tərəfdən Nikol Paşinyanın Qarabağla bağlı tezislər sırası mütəmadi olaraq Azərbaycanı narahat edirdi, onu müharibəyə təhrik edirdi”, - deyə rus politoloq vurğulayıb.

O qeyd edib ki, Ermənistan hadisələrin bir təsvirini, Azərbaycan isə tamamilə əksinə, başqa bir təsvirini verir.

“Azərbaycanda başa düşürlər ki, Moskvada Paşinyana o qədər də “birbaşa” baxmırlar”, - deyə Qriqori Trofimçuk bildirib.

 

Mənbə: ordu.az