İnsanlar virusa görə məşhur içkidən imtina etməyə başlayıb

İnsanlar virusa görə məşhur içkidən imtina etməyə başlayıb

Pandemiya günlərində kofeyə tələbat azalıb. 2011-ci ildən sonra ilk dəfə məşhur içkinin istifadə göstəricisi aşağı düşüb.

Bizimyol.info xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi proqnozunu açıqlayıb. Nazirliyin ehtimalına görə, ilin sonuna qədər ümumi mənzərə dəyişməyəcək, kofe tələbatında 9 ildən sonra aşağı göstərici qeydə alınacaq.

 

Kofe | Foto: Pixabay.com

İnsanlar virusa görə kofedən niyə imtina etməyə başlayıb? Səbəb bir az da sadədir. Kofe istifadəsinin 25 faizi kafe və restoranların payına düşürdü. Düzdür, bir çox yerlərdə karantin qaydaları yumşaldılıb. Amma ümumi iqtisadi böhran müştəriləri daha ehtiyatlı davranmağa sövq edir.

Dünyada işi kofe məhsulundan asılı olan 125 milyon insan var. Pandemiya onları da çox ağır sosial durumla üz-üzə qoyub.

Braziliyanın tanınan “Suplicy Cafes Especiais” kafelər şəbəkəsi istehsalçı fermerlərə ödəmələrdə sıxıntı yaşamağa başlayıb. “Citigroup Inc.” ilin ikinci yarısında kofe dəninin dəyərinin 10 faiz aşağı düşəcəyini proqnozlaşdırır.

Analitiklər dünyada daha keyfiyyətsiz kofe məhsullarından istifadənin artacağını ehtimal edirlər.

Mənbə: www.bizimyol.info