Koronavirusun üçüncü dalğası gözlənilir

Koronavirusun üçüncü dalğası gözlənilir

Çin artıq koronavirusun üçüncü dalğası ilə mübarizəyə hazırlaşır. Asiya dövlətinin nəzarət etdiyi Honkonqda sosial məsafə tədbirləri tətbiq olunmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, şəhər administrasiyasının rəhbəri Kerri Lam “Daily Mail”ə açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, yeni məhdudiyyətlərlə bağlı idman zalları, gözəllik salonları, kafelər bağlanır. İctimai yerlərdə 4 nəfərdən artıq insan bir yerdə toplaşa bilməz. Restoranlar yalnız 18.00-dan səhər saat 5-ə qədər çatdırılma xidmətləri ilə işləyəcək.

Şəhər nəqliyyatında maska və əlcək taxmaq məcburidir. Əks halda vətəndaşı 600 dollar cərimə gözləyir. Honkonq səhiyyə departamentinin rəhbəri Çuanq Şuk-kvan kütləvi virusa yoluxma hallarının olacağından ehtiyat etdiklərini bildirib.

Koronavirus ilk dəfə Çində qeydə alınmışdı. Sonradan Asiya ölkəsində yoluxam sürətini xeyli azalda bildilər.

Dünyada virusa yoluxanların sayı 13 milyon nəfəri keçib. 570 mindən çox xəstə həyatını itirib.

Mənbə: www.bizimyol.info