Uşaqlarda dəmir çatışmazlığı ən çox rast gəlinən qidalanma problemlərindən biridir və vaxtında aşkarlanmadıqda həm fiziki, həm də zehni inkişafı mənfi təsir edir.
Xüsusilə körpəlik və məktəbəqədər yaş dövründə risk daha yüksək olur.
Dəmir çatışmazlığının əsas əlamətləri arasında halsızlıq, tez yorulma, dəri rənginin solğunlaşması, iştahasızlıq, diqqət və yaddaşın zəifləməsi, başgicəllənmə, tez-tez infeksiyalara yoluxma, eləcə də məktəb nailiyyətlərinin aşağı düşməsi yer alır. Bəzi uşaqlarda isə heç bir şikayət olmadan problem yalnız qan analizləri zamanı aşkar edilir.
Həkimlər valideynlərə balanslı qidalanmaya diqqət yetirməyi, dəmirlə zəngin qidaların rasionda kifayət qədər olmasını təmin etməyi və dəmir çatışmazlığı şübhəsi yarandıqda mütləq pediatra müraciət etməyi tövsiyə edirlər. Müalicə həkim nəzarəti altında aparılmalı, dəmir preparatları isə yalnız təyin olunduğu qaydada istifadə edilməlidir.
Əminə Bayramova
Mənbə: pravda.az