Cəlilabadda DƏHŞƏT - Dayısının arvadını öldürdü

Cəlilabadda DƏHŞƏT -

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

APA-ya istinadən verilən xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az