Xəbər verdiyimiz kimi, Fransa Rusiyanın "kölgə donanması"na aid olan və oradan hərəkət edən "Tagor" neft tankerini Atlantik okeanında saxlayıb. Gəminin kapitanı artıq həbs edilib.
"France 24" telekanalının məlumatına görə, onu bir ilə qədər həbs cəzası və 150 min avro məbləğində cərimə gözləyir.
Fransa Prezidenti Emmanuel Makron tankerin saxlanılması barədə rəsmi açıqlama verib.
O bildirib ki, hərbi dəniz qüvvələrinin keçirdiyi bu əməliyyat açıq dənizdə, Fransanın bir sıra müttəfiqlərinin, xüsusən də Böyük Britaniyanın dəstəyi ilə reallaşdırılıb.
Makronun sözlərinə görə, Rusiya neftini daşıyan tankerin saxlanılması "dəniz hüququna tam uyğun şəkildə" həyata keçirilib.
Mənbə: bizim.media