Meksikada ət yeyən parazit yayıldı - 60 ildi görünmürdü

Meksikada ət yeyən parazit yayıldı -

Meksika sərhədindən ABŞ-yə keçən təhlükəli parazitə görə 20 kilometrlik ərazidə təcili karantin elan edilib.

BBC-yə istinadən xəbər verilir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir ildə Meksikada yayılan parazitin Texas ştatında üç həftəlik buzovda aşkarlandığını açıqlayıb.
Rəsmilər bildiriblər ki, parazit əsasən yoluxmuş heyvanlar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün hadisənin qeydə alındığı ətrafda 20 kilometrlik müşahidə və karantin zonası yaradılıb.
Eyni zamanda, son 60 ildə heç yerdə görülməyən parazitin yayılmasının qarşısını almaq məqsədilə bölgəyə milyonlarla “qısırlaşdırılmış vida qurdu milçəyi”nin buraxılması planlaşdırılır. Bu həşəratlar həmin parazitlərlə qidalanırlar.
Bahar Babaşova

Mənbə: www.bakupost.az