Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi

Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi

Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Beqlov “Max” sosial şəbəkəsindəki hesabında yazıb.

“Sankt-Peterburq iyunun 6-da səhər saatlarında hərbi təyinatlı pilotsuz uçuş aparatlarının genişmiqyaslı hücumuna məruz qalıb. Hava hücumundan müdafiə vasitələri fəaliyyət göstərir”, - o bildirib.

Beqlov, həmçinin şəhər sakinlərini evlərində qalmağa və küçəyə çıxmamağa çağırıb.

Mənbə: qafqazinfo.az