Göygöldə torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı

Göygöldə torpaq uçqunu -

Göygöl rayonunda yağan güclü yağış ciddi problemlərə səbəb olub.

Rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi uçub,həmçinin iri ağac əraziyə aşıb.

Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az