Martın 2-dən bəri davam edən hərbi gərginlik fonunda İsrail hərbi hava qüvvələrinin Livana təşkil etdiyi aviazərbələr nəticəsində həlak olanların ümumi sayı 3 593 nəfərə, yaralıların sayı isə 10 990-a yüksəlib.
Bu barədə statistika Livan Səhiyyə Nazirliyinin rəsmi "X" sosial şəbəkə hesabında paylaşılıb.
Məlumata görə, təkcə son sutka ərzində ölkə üzrə həlak olanların sayı 67, yaralananların sayı isə 257 nəfər artıb.
Nazirlikdən bildirilib ki, şənbə günü İsrail aviasiyasının Livanın cənubundakı Nəbatiyə əyalətinə və Qərbi Bəkaa bölgəsinə endirdiyi son zərbələr zamanı 35 nəfər həyatını itirib, 120 nəfər isə xəsarət alıb.
Bəyanatda vurğulanır ki, elan olunmuş atəşkəs razılaşmasına baxmayaraq, yaşayış məntəqələrinin bombalanması davam edir, bu səbəbdən günün sonunadək qurbanların və yaralıların sayının daha da artacağı istisna olunmur.
Mənbə: bizim.media