Soçi aeroportunda izdiham - Təyyarələr uça bilmir

Soçi aeroportunda izdiham -

Soçi hava limanında böyük gecikmələr yaranıb. Ukraynanın dron hücumları səbəbindən minlərlə insan cümə günündən bəri evə gedə bilməyib.

Bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

“İzdiham nəticəsində bəziləri huşunu itirir, dəhlizlər inanılmaz dərəcədə sıxlıqdır. Sərnişinlər bildirirlər ki, boş oturacaqlar yoxdur, insanlar öz dəsmallarının üstündə yerdə uzanıblar”, - məlumatda qeyd olunub.

Mənbə: yenisabah.az