İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin Yergüc kənd İnzibati Ərazi Dairəsindən verilən açıqlamada bildirilib ki, F.Orucov sabah doğulduğu kəndin qəbristanlığında son mənzilə yola salınacaq.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mənbə: bizim.media