Neft ucuzlaşmağa davam edir

Neft ucuzlaşmağa davam edir

İran və İsrailin qarşılıqlı hücumlarından sonra beynəlxalq bazarlar həftəyə çox güclü volatilliklə başlayıb.

Cümə günü Brent markalı neftin bir barelinin qiyməti 4,6 faiz artaraq 97,33 dollar olub.
İsrail İranın cənub-qərbindəki Xuzistan əyalətindəki Məhşəhrdəki neft-kimya zavodunu vurduqdan sonra OPEC və OPEC+ iyul ayında gündəlik hasilatı 188 min barel artırmaq qərarına gəlib. Analitiklər bildirirlər ki, OPEC+ hasilatı artırma qərarına baxmayaraq, Hörmüz boğazındakı fasilələr və bəzi hasilatçı ölkələrdəki tutum problemləri səbəbindən qlobal tədarükə təzyiq davam edir. Gücün artırılması qərarından sonra Brent markalı neft 94,56 dollara düşüb. Hazırda isə azalma davam edir.
Bilal, BakuPost

Mənbə: www.bakupost.az