Sel gəldi, 77 xırdabuynuzlu heyvan tələf oldu - Video

Sel gəldi, 77 xırdabuynuzlu heyvan tələf oldu - Video

Gecə saatlarında Daşkəsən rayonuna gələn güclü sel ciddi fəsadlara yol açıb.

Sel rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvanı tələf edib.

Bundan başqa, sözügedən kəndin, həmçinin bir sıra kəndlərin yollarında ciddi problemlər yaşanır.

Məlumat üçün bildirək ki, ötən gecə Gəncə və ətraf rayonlara yağış yağıb, sel gəlib.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az