Böyük Britaniyada bir kişiyə səhvən qan xərçəngi diaqnozu qoyulub və o, yeddi il ərzində lazımsız müalicə alıb.
Bu barədə BBC məlumat yayıb.
Tamvort sakini Saymon Pirson 2017-ci ildə yorğunluq, eritrositlərin yüksək səviyyəsi və dəmir göstəricilərindəki dəyişikliklərlə həkimə müraciət edib. Ona əvvəlcə “həqiqi polisitemiya”, daha sonra isə orqanizmdə dəmirin həddindən artıq toplanması ilə xarakterizə olunan hemoxromatoz diaqnozu qoyulub.
Pirson illərlə ölüm qorxusu ilə yaşayıb və xəstəliyi övladlarına ötürdüyünü düşünərək psixoloji sarsıntı keçirib.
Yalnız 2025-ci ilin iyununda aparılan yeni müayinələr nəticəsində məlum olub ki, onun əslində bu xəstəliklərin heç biri yoxdur.
Məlumata görə, kişi bu müddətdə 42 lazımsız prosedur keçirib. O, hazırda tibbi səhlənkarlıqla bağlı məhkəmə iddiası qaldırıb. Xəstəxana rəhbərliyi isə hadisəyə görə üzr istəyərək belə halların təkrarlanmaması üçün tədbirlər görüləcəyini açıqlayıb.
Adəm
Mənbə: publika.az