Xaçınçaya sel gəldi - “Hyundai” suda qaldı

Xaçınçaya sel gəldi - “Hyundai” suda qaldı

Son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayında sel yaranıb.

Çayı keçmək istəyən “Hyundai” markalı avtomobil güclü su axını səbəbindən hərəkətsiz qalaraq çayda batıb.

Hazırda avtomobilin sudan çıxarılması üçün aidiyyəti qurumlar tərəfindən işlər görülür.

Çayda suyun səviyyəsi isə artmaqda davam edir.

Mənbə: qafqazinfo.az