Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var -

Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin səmada toqquşması nəticəsində dəhşətli aviasiya qəzası baş verib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib.

Toqquşmadan sonra helikopterlərdən biri şəhərdəki avtomobil parklarından birinin üzərinə düşüb.

Zərbənin gücündən hadisə yerində dərhal güclü yanğın başlayıb. Alov qısa müddətdə parkda dayanan nəqliyyat vasitələrinə keçib və nəticədə 20-yə yaxın avtomobil tamamilə yanaraq kül olub.


Hazırda qəza zonasında xilasedicilər və yanğınsöndürmə briqadaları fəaliyyət göstərir. Aviasiya ekspertləri və hüquq-mühafizə orqanları faciənin başvermə səbəblərini araşdırır.


Mənbə: bizim.media