Rusiya ordusunun Ukraynanın bir neçə böyük şəhərinə raket zərbələri endirməsi nəticəsində azı 9 nəfər həlak olub.
Hücumlar zamanı Kiyevdə yerləşən və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavra kompleksində yanğın qeydə alınıb, Üspen (Uspenski) kafedralının damı alovlanıb.
Kafedral ətrafına çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğın həm binanın daxilindən, həm də xüsusi platformalar vasitəsilə söndürülməyə çalışılıb. Katedralın damının bir hissəsinin dağıldığı və alovların binanı bürüdüyü qeyd olunur.
Mənbə: bizim.media