Ağstafada yanğın olub.
Yanğın rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində baş verib.
Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə: qafqazinfo.az