Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT - VİDEO

Hüquqşünasın faciəvi şəkildə ölən qızı ilə bağlı YENİ MƏLUMAT -

Bakı-Sumqayıt yolunda baş verən faciəli qəza nəticəsində həyatını itirən hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadə ilə bağlı yeni məlumat ortaya çıxıb.

“Milli.az”a istinadla xəbər verilir ki, məlumata görə, gənc qız bundan əvvəl də yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Belə ki, o, mayın 31-də sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə motosikletlə hərəkətdə olarkən arxadan "Toyota Prius" markalı avtomobilə çırpıldığını bildirib.

Qeyd edək ki, Zəhra Mehdizadə motosikleti müvafiq sürücülük vəsiqəsi olmadan idarə edirmiş.


Mənbə: bizim.media