Bakının Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən "Bağdad” ərəb restoranının administratoru Məhəmməd Alazereji həbs olunub.
Xitab24.az-a istinadla xəbər verilir ki, 37 yaşlı şəxs azərbaycanlı sevgilisinin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub.
Məlum olub ki, Məhəmməd Alazereji sevgilisinin Türkiyədə olduğundan istifadə edərək, onun Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilindən 108 min manatlıq oğurluq edib.
Qadın hadisədən xəbər tutduqdan sonra polisə məlumat verib. Polisin araşdırması nəticəsində cinayət əməlinin məhz onun sevgilisi tərəfindən törədildiyi üzə çıxıb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü M. Azazereji bu əməlinə görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: azxeber.com